Sumqayıtda meyiti tapılan gəncin intihar etdiyi məlum olub

Sumqayıtda meyiti tapılan gəncin intihar etdiyi məlum olub
SOSİAL
21:12 10.04.2018
5115

Sumqayıt şəhərində meyiti tapılan 21 yaşlı gəncin intihar etdiyi məlum olub.

Bir neçə gün bundan öncə Sumqayıt şəhər sakini, 1997-ci il təvəllüdlü Nahid adlı gəncin meyiti yaşadığı mənzildə aşkar edilib. 

Hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşları gəncin intihar etdiyini müəyyənləşdiriblər.

Mərhumun dostlarının dediyinə görə, Nahidin külli miqdarda borcu olub. O, intihar etdiyi gün telefonla dostlarına "bu gün məndən surpiriz görəcəksiniz" mesajını göndərib.

Faktla bağlı araşdırma aparılır.

 
///Report.az
OXŞAR XƏBƏRLƏR