Sumqayıtda mikroavtobusun vurduğu piyada yeddi gün sonra öldü

SOSİAL
11:06 04.11.2022
525
Sumqayıtda mikroavtobusun vurduğu piyada yeddi gün sonra xəstəxanada ölüb.

Hadisə oktyabrın 26-da şəhərin H.Z.Tağıyev qəsəbəsində qeydə alınıb.

Belə ki, Hüseynzadə Babək Emin oğlu idarə etdiyi "Ford Tranzit” markalı mikroavtobusla Quba rayon sakini, Osmanov Hikmət Balaəli oğlunu vurub. Xəsarət alan piyada noyabrın 2-də Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanaraq istintaqı aparılır.
 
///Report

OXŞAR XƏBƏRLƏR