Sumqayıtda müəllim dərs zamanı vəfat etdi - FOTO

Sumqayıtda müəllim dərs zamanı vəfat etdi - FOTO
SOSİAL
15:53 18.10.2022
692
Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.
 
Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.
 

 



 


OXŞAR XƏBƏRLƏR