Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü

Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs öldü
SOSİAL
23:43 12.12.2024
238
Sumqayıtda dispanserdə ölüm faktı baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydə alınıb.

Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir.

Məlumata görə, o, dekabrın 10-da xəstəxanaya daxil olub, amma aparılan müalicəyə baxmayaraq iki gün sonra orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR