Sumqayıtda narkotik maddə satan şəxs saxlandı

KRİMİNAL
15:51 22.05.2021
643

Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Daxili işlər Nazirliyi məlumat yayıb. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək tutulan E.Süleymanovun ətrafında aparılan əməliyyat-profilaktik tədbirlər nəticəsində onun yaşadığı evdə gizlətdiyi 1 kiloqram 393 qrama yaxın heroin Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

OXŞAR XƏBƏRLƏR