Sumqayıtda partlayış oldu, xəsarət alanlar var

SOSİAL
23:21 09.11.2021
1909
Sumqayıtdakı müəssisələrin birində partlayış olub.

AZXEBER.COM APA-ya istinadla xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.
 
Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb.
 
Orada olan 3 nəfər yüngül xəsarət alıb.
 
Hadisə ilə bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR