Sumqayıtda partlayışda 4 nəfər öldü - Cinayət işi açıldı

Sumqayıtda partlayışda 4 nəfər öldü - Cinayət işi açıldı
SOSİAL
16:28 29.07.2018
7752
Dünən saat 19 radələrində Bakı-Quba yolunun 29 km-də fəaliyyət göstərən avtotəmir sexində "DAF” markalı 99 JD 282 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yanacaq çənində qaynaq işləri aparılarkən yanacaq çəni partlayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, hadisə nəticəsində avtotəmir sexində usta işləyən Məlikov Müsü Bəhmən oğlu, Məlikov Rövşən Ramiz oğlu və Quliyev Akif Eldar oğlu, eləcə də "DAF” markalı avtomobilin sahibi Rüstəmov Fərhad Əhməd oğlu yanıq xəsarətləri ilə 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
 
Zəruri tibbi yardım göstərilməsinə baxmayaraq həmin şəxslər xəstəxanada vəfat ediblər.  Şəhər prokurorluğunun əməkdaşları tərəfindən şəhər prokuroru və ekspertin iştirakı ilə hadisə yeri müayinə edilib, hadisənin şahidləri dindirilib və digər zəruri prosessual hərəkətlər həyata keçirilib.  Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar, o cümlədən hadisənin baş vermə səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-texniki-təhlükəsizlik ekspertizası təyin edilib, fotoşəkillər çəkilib və hadisəni əks etdirən videogörüntülər götürülüb.
 
Hazırda iş üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donalda Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
23:58 08.08.2025
ABŞ ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
23:50 08.08.2025
Trampla Paşinyanın görüşü 20 dəqiqə davam edib
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
23:36 08.08.2025
Tramp: Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhə əminəm
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
23:31 08.08.2025
Donald Trampla İlham Əliyevin görüşü başlayıb - VİDEO/ FOTOLAR
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
23:11 08.08.2025
Tramp növbəti dəfə İlham Əliyevin çıxışı ilə bağlı paylaşım edib - VIDEO
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
23:06 08.08.2025
"Haber Global": "Vaşinqtonda tarixi zirvə gözlənilir"
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı
23:03 08.08.2025
Donald Tramp və Nikol Paşinyan arasında danışıqlar başladı