Sumqayıtda polis arvadı tərəfindən döyüldü

Sumqayıtda polis arvadı tərəfindən döyüldü
SOSİAL
10:22 12.04.2018
3737
Sumqayıt şəhərində ər arvadı tərəfindən döyülüb.

Report xəbər verir ki, hadisə şəhərin 24-cü məhəlləsində baş verib.

Belə ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Nəsib İsgəndər oğlu Abışov yaşadığı evdə arvadı tərəfindən döyülüb.

Ağır bədən xəsarətləri alan N.Abışov xəstəxanaya yerləşdirilib, vəziyyəti normaldır.

Qeyd edək ki, N.İsgəndərov təqaüddə olan polis əməkdaşıdır.
OXŞAR XƏBƏRLƏR