Sumqayıt şəhərində 34 yaşlı qadın itkin düşüb. "Report”un yerli bürosu məlumat verir ki, 1989-cu il təvəllüdlü Rəcəbova Aysel Nizami qızı 4-cü mikrorayonda yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib.