Sumqayıtda polis rəisini daşla gicgahından yaraladılar

Sumqayıtda polis rəisini daşla gicgahından yaraladılar
SOSİAL
10:18 01.07.2018
6293
Sumqayıt şəhərində polis münaqişə zamanı xəsarət alıb.

AZXEBER.COM-un "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 14-cü məhəlləsində baş verib.

1981- ci il təvəllüdlü Bakı şəhər sakini, polis işçisi Məmmədov Namiq Ramiz oğlu Sumqayıtın 14-cü məhəlləsi ərazisində münaqişə zəminində gicgah nahiyəsindən daş yarası alıb.

Xəstəxanaya çatdırılan şəxs daha sonra ambulator müayinəyə buraxılıb.

N.Məmmədov Sumqayıt Şəhər Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisidir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR