Sumqayıtda qadın müəllimin meyiti tapıldı

Sumqayıtda qadın müəllimin meyiti tapıldı
SOSİAL
17:29 30.10.2019
4763
Sumqayıt şəhərində 60 yaşlı qadın müəllimin meyiti tapılıb.
 
"Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, meyit şəhərin İnşaatçılar qəsəbəsində aşkar edilib. Belə ki, şəhər sakini, 1959-cu il təvəllüdlü Elvira Zərbəli qızı Kazımovanın meyiti yerli sakinlər tərəfindən tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.
 
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib. Qadının ölüm səbəbləri araşdırılır.
 
İlkin məlumata görə, meyiti tapılan qadın Sumqayıt şəhər 2 nömrəli musiqi məktəbinin müəllimidir. Faktla bağlı araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR