Sumqayıtda qorxu dəhlizi: Sakinlər kömək istəyirlər - VİDEO

Sumqayıtda qorxu dəhlizi: Sakinlər kömək istəyirlər - VİDEO
SOSİAL
14:04 11.02.2026
5461
"Biz də insanıq, insan kimi yaşamaq istəyirik. Nə təmir edirlər, nə də ki bizə bir gün ağlamırlar. Bu qədər sakin çox çətin vəziyyətdədir".
 
AZXEBER.COM xəbər verir ki, bu haqda İTV-də yayımlanan "Xəbərimiz var" verilişində Sumqayıt sakinləri danışıblar. 
 
Onlar binalarının baxımsız vəziyyətdə olduğunu dilə gətiriblər.

Məsələ ilə bağlı Sumqayıt şəhər icra hakimiyyətindən də açıqlama verilib: "Sumqayıt şəhərinin baş planına uyğun olaraq istismar müddətini başa vurmuş yaşayış binalarının sökülməsi və yerində müasir yaşayış komplekslərinin inşası prosesinə artıq başlanılıb. Hazırda şəhərin bir neçə yaşayış massivində, o cümlədən 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə işlər həyata keçirilir. Bu proses digər ərazilərdə də gələcəkdə davam etdiriləcəkdir".

İcra Hakimiyyətindən o da bildirilib ki, yataqxananın yerləşdiyi 18-ci məhəllədə də söküntü işləri nəzərdə tutulub. Görünür vətəndaşlar bu şəraitdə hələ bir müdət yaşamalı olacaqlar.
 
Mövzu ilə bağlı reportajı təqdim edirik:
 

OXŞAR XƏBƏRLƏR