Sumqayıtda silah-sursat tapıldı

SOSİAL
10:00 19.10.2024
97
Sumqayıtda silah-sursat aşkarlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Belə ki, qəbiristanlıq ərazisində "Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 41 ədəd 5.45 kalibrli güllə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR