Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı

Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
HADİSƏ
22:05 19.07.2025
932
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR