Sumqayıtda təkər maşından çıxaraq qadına çırpıldı

Sumqayıtda təkər maşından çıxaraq qadına çırpıldı
SOSİAL
22:56 05.07.2021
400
Sumqayıtda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində baş verib.

Hərəkətdə olan "VAZ 21099” markalı avtomobilin ön sol təkəri yerindən çıxaraq xiyabanda ağacları sulayan 1963-cü il təvəllüdlü Şəmayıl Səfərovaya dəyib.

Ağır bədən xəsarətləri alan 58 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR