Sumqayıtda “tok” vuran yeniyetmə ilə bağlı MÜHÜM XƏBƏR

Sumqayıtda “tok” vuran yeniyetmə ilə bağlı MÜHÜM XƏBƏR
SOSİAL
15:56 19.12.2023
240

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev sabah müalicə aldığı xəstəxanadan müvəqqəti olaraq evə buraxılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bizim.Media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev evə 10 günlük buraxılır, daha sonra yenə əməliyyata alınacaq:

"İki aydır Aslan xəstəxanadadır. 8 dəfə əməliyyat olunub. Hələ tam bərpa olunmayıb. Yanıq aldığı yerlər o qədər dərindir ki, bədəninin digər nahiyələrindən kəsib, yaralarını sağaltmağa çalışırlar. Uşaq çox əziyyət çəkir. Boyundan aldığı yanıq xəsarətləri sümüyünə qədər işləyib. Ağrılardan və əməliyyatlardan təngə gəlib. Yaddaş pozğunluğundan əziyyət çəkir".

Qərənfil Əliyeva baş verən dəhşətli hadisədən sonra heç bir dövlət qurumunun, xüsusilə "Azərişıq" əməkdaşlarının uşağa baş çəkməməsindən, səhhəti ilə maraqlanmamasından da gileylənib:

"Bu iki ayda uşağın səhhəti ilə maraqlanan olmadı. Üstəlik "Azərişıq" günahı uşağın üstünə yıxdı. Halbuki, özlərinin səhlənkarlığı və səhvi ucbatından balam şikəst qaldı. Guya iki aydır araşdırma gedir. Bildiyim qədər işi də bağlayıblar".

Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.

Yeniyetmə iki aydır "Baku Medical Plaza"da müalicəsini davam etdirir. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.

Onu da bildirək ki, məsələ ilə bağlı Sumqayıt prokurorluğunda araşdırma aparılır. Araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyyətə hələki açıqlama verilməyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
13:09 22.07.2026
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı oldu - FOTOLAR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi