Sumqayıtda tonqala odun atmaq istəyən gənc yıxılaraq öldü

Sumqayıtda tonqala odun atmaq istəyən gənc yıxılaraq öldü
SOSİAL
11:09 13.03.2019
4040
Sumqayıtda gənc hündürlükdən yıxılaraq ölüb.

AZXEBER.COM ONA-ya istinadən xəbər verir ki, şəhərin 41a məhəlləsində 1992-ci il təvəllüdlü Rauf Həsənquliyev ötən gün axşam saatlarında hündürlüyə çıxaraq tonqala odun atmaq istəyərkən yıxılıb və başından ağır zədə alıb.

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən gəncə tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Gənc xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR