Sumqayıtda uşaq bağçasında zorakılıq: Tərbiyəçi azyaşlını bıçaqla hədələdi - FOTOLAR

Sumqayıtda uşaq bağçasında zorakılıq: Tərbiyəçi azyaşlını bıçaqla hədələdi - FOTOLAR
SOSİAL
17:56 17.05.2017
1179
Sumqayıtdakı uşaq bağçalarından birində azyaşlıya qarşı zorakılıq edilib.
 
Bu barədə uşağın bibisi oğlu Xəyal Heydərov məlumat verib. O iddia edib ki, Tamella adlı tərbiyəçi azyaşlını bıçaqla hədələyib: 

"Dünən Sumqayıt şəhəri, 3 mkr, Bakı prospektində yerləşən 38 nömrəli "Şəfəq" uşaq bağçasında 6 yaşlı Nağıyeva Mələk Azər qızı orda olduğu müddətdə dəcəllik etdiyi üçün tərbiyəçi bıçaq çıxardaraq, "sözə baxmasan səni kəsəcəm” deyib. Hələ buna baxmayaraq, uşağın gicgah nahiyəsindən möhkəm vurub”.

///femida.az


OXŞAR XƏBƏRLƏR