Sumqayıt şəhər YAP Gənclər Birliyi “Xocalı faciəsinə” həsr olunmuş xatirə tədbiri keçirilmişdir
AZXEBER.COM-un məlumatına görə, Sumqayıt şəhər YAP Gənclər Birliyi «Azərikimya» İB-də “Xocalı faciəsinə” həsr olunmuş xatirə tədbiri keçirilmişdirYeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə keçirilən tədbirdə «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri - Milli Məclisin deputatı Muxtar Babayev , YAP Sumqayıt Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov , YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov, YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədov, «Azərikimya» İstehsalat Birliyinin GB sədri Orxan Məhərrəmli və Sumqayıt şəhərinin bir sıra idarə və müəssisələrində çalışan və Yeni Azərbaycan Partiyasının işində fəallıq göstərən gənclər iştirak etmişlər.Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra tədbiri giriş sözü ilə açan Orxan Məhərrəmli ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib . «Xocalıya Ədalət» kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib və sənədli film nümayiş olunmuşdur.Məruzə üçün söz YAP Sumqayıt Şəhər təşkilatı Gənclər Birliyinin sədri Elmar Məmmədova verilib. O, çıxışında bildirib ki, Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə çatdırmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edilir. Elmar Məmmədov gəncləri tariximizə sahib çıxmağa, sosial şəbəkədə, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılmasının vacibliyini qeyd edib.Çıxış üçün söz YAP Sumqayıt Şəhər təşkilatı İdarə heyətinin üzvü Ceyhun Məmmədov verilib. O, çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Xocalı soyqırımını 20-ci əsrin ən böyük vəhşiliklərindən və hərbi cinayətlərindən birincisi adlandırıb. Ceyhun Məmmədov bildirib ki, soyıqırmın dünyada rəsmən tanıdılması üçün işlərin genişləndirilməsi və sürətləndirilməsi vacibdir.Daha sonra çıxış üçün söz YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədrin müavini Elmar Xəlilov bilidrib ki, Xocalı soyqırımı 20-ci əsrdə insanlığa qarşı törədilmiş ən qəddar və ən dəhşətli cinayətlətlərdəndir: “ O, gəncləri Xocalı faciəsinin dünyada tanıdılmasında fəal olmağa çağıraraq bildirib ki, bu soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün taleyüklü məsələdir”.Yekun söz üçün «Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri - Milli Məclisin deputatı Muxtar Babayeva verilib. O, ermənilərin 21 il əvvəl dinc azərbaycanlılara qarşı qətliam törətdiklərini, Xocalı faciəsinin insanlığa qarşı edilmiş bir cinayət olduğunu və bu cinayəti törədənlərin ədalət qarşısında cavab vermələrinin vacibliyini qeyd etmiş, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda şəhərin 15 nömrəli orta məktəbinin şagirdləri Şəhanə Hüseynova və Cəfər Musayevin ifasında Xocalıya həsr olunmuş şeir səsləndiriblər. Daha sonra Xocalıya ədalət adı altında fləşmob keçirilmişdir.