Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verib. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə "betonzavod" adlanan ərazidə qeydə alınıb. Yanğın nəticəsində evdən kişi cinsli şəxsin meyiti aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.