Sumqayıtda yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb

Sumqayıtda yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb
SOSİAL
00:52 18.01.2024
196
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

FHN-in Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR