Sumqayıt şəhəri, "Stansiya Sumqayıt" adlanan ərazidə doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, yanğın nəticəsində altı nəfər tüstüdən zəhərlənib:
2001-ci il təvəllüdlü Tural Məmmədov,
1994-cü il təvəllüdlü Elvin Nağıyev,
1999-cu il təvəllüdlü Məhəmməd Yaşar,
Tərlan Kərimov,
Mütəllim İbrahimov,
Fərid Nədibov.