Sumqayıtda yolu keçən piyadanı maşın vurub öldürdü

Sumqayıtda yolu keçən piyadanı maşın vurub öldürdü
SOSİAL
19:04 13.12.2018
7907
Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, dekabrın 12-də saat 18 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Yusif Atayev idarə etdiyi "VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Afiq Qəmbərovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR