Sumqayıtda zavodda 27 yaşlı fəhlə öldü

SOSİAL
14:08 06.09.2023
791
Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodda bədbəxt hadisə baş verib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Sulfanol Zavodunda fəhlə işləyən 1996-cı il təvəllüdlü Elşən Quliyevi cərəyan vurub. O, hadisə yerində vəfat edib.
 
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR