Sumqayıtda zavodda partlayış baş verib, yaralanan var

Sumqayıtda zavodda partlayış baş verib, yaralanan var
SOSİAL
09:16 09.01.2026
146
Sumqayıt şəhərində zavodda partlayış baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR