Sumqayıtda zavodların birində yanğın başlayıb

Sumqayıtda zavodların birində yanğın başlayıb
SOSİAL
13:04 21.12.2024
268
Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən AZXEBER.COM-un sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

12:53

Sumqayıtda yerləşən zavodların birində yanğın başladığı bildirilir.

AZXEBER.COM-un yerli bürosunun məlumatına görə, hazırda əraziyə gedən yolda məhdudiyyət tətbiq edilib.
OXŞAR XƏBƏRLƏR