Sumqayıtda zəhərlənən 6 uşaqdan 1-i ÖLDÜ

Sumqayıtda zəhərlənən 6 uşaqdan 1-i ÖLDÜ
SOSİAL
17:08 04.04.2026
518
Sumqayıtda zəhərlənən 6 uşaqdan biri vəfat edib.

AZXEBER.COM xəbər verir ki, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb.

Digərlərinin müalicəsi davam edir.

Qeyd edək ki, 9 uşaqlı ailənin 6 övladı palçıqla oynadıqdan sonra eyni vaxtda yuyunmaq üçün hamam otağına daxil olublar. Bu zaman dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsindən sonra vəziyyətləri stabilləşib. 6 uşaqdan ikisinin müalicəsinin xəstəxanada davam etdirilməsi tövsiyə olunsa da, valideynlər onları da evə aparıblar. Daha sonra uşaqların vəziyyəti pisləşdiyindən yenidən xəstəxanaya müarciət ediblər. (Qafqazinfo)
OXŞAR XƏBƏRLƏR