Azərbaycan Premyer Liqasında çıxış edən "Sumqayıt" komandasının 18 futbolçusunda koronavirus aşkarlanıb.
"Gənclik şəhəri" təmsilçisindən AZXEBER.COM-a verilən məlumata görə, klub bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
Komanda XII turda "Zirə" ilə görüşün təxirə salınmasını istəyib.
Qeyd edək ki, dekabrın 6-da keçiriləcək "Zirə" - "Sumqayıt" oyunu saat 16:00-a təyin olunub.