Pley-offda rəqibin kimliyindən asılı olmayaraq sona qədər mübarizə aparacağıq.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın "Quba"ya qarşı Azərbaycan Basketbol Liqasının XIX turunun oyunundan sonra deyib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:
"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Baxmayaraq ki, bəzi şeylər istədiyimiz kimi getmədi. Qarşılaşmaya yaxşı başladıq. Xal fərqini 15-ə qədər qaldırmışdıq. Daha sonra kombinasiyalı oyuna üstünlük vermədik. Bu da "Quba"nın bizə çatması ilə nəticələndi. Matçın sonlarında yenə də fərqi artırdıq. Bu gün məhsuldar oynayan Endryu Louder, Zayon Yanq, Kolin Qolson, xüsusilə də tripl-dabl edən Eli Lourensə təşəkkür edirəm. Biz artıq B qrupunda 4-cü pilləni təmin etdik. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Rəqibin kimliyindən asılı olmayaraq sona qədər mübarizə aparacağıq",
Qeyd edək ki, "Sumqayıt" - "Ordu" qarşılaşması birincilərin 112:103 hesablı qələbəsi ilə yekunlaşıb.