Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Sumqayıtın bəzi ərazilərində elektrik enerjisi olmayacaq
SOSİAL
11:03 08.07.2024
119
Sumqayıt şəhər elektrik şəbəkəsinə daxil olan bir sıra ərazilərdə həyata keçirilən əsaslı təmir işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasən açılacaq.
 
Bu barədə AZXEBER.COM-a "Azərişıq” ASC-dən məlumat verilib.
 
Bildirilib ki, bununla əlaqədar bu gün saat 10-dan saat 12-nə qədər şəhərin 1-ci və 5-ci mikrorayonlarında, eləcə də bir sıra məhəllələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
 
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər elektrik enerjisi ilə tam təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR