Sumqayıtda məmur “açıq mikrofon”dan qaçıb.AZXEBER.COM-un məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, məmurlardan biri sakinlərlə keçirilən görüşdən yayınıb: “Bir məmur “açıq mikrofon”dan qaçıb. Açıq olaraq mən bunu camaata da çatdırdım. İstilik idarəsinin müdiri camaatın onu tənqid edəcəyindən qorxaraq ”açıq mikrofon” dan qaçıb. Mən hesab etmirəm ki, o düzgün edib”.