Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu – FOTOLAR

Sumqayıtın yeni bulvarında restoran soyğunçuluğu – FOTOLAR
SOSİAL
14:19 08.07.2019
9128

Sumqayıtın yeni bulvarında açılmış "Posedion” restoranında müştərilərə qarşı  davamlı dələduzluq edilir. 
 
AZXEBER.COM Bakipost.az-a istinadən xəbər verir ki, iki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.

Belə ki, menyuda təklif olunan iki "Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər. 
 
Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə "Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan "Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, "Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz  "Kiçik çay dəstgahı” yox, "Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər. 

Amma nədənsə administratoru tapmaq mümkün olmayıb. Restoranda əyləşən digər müştərilər bu halın birinci dəfə baş vermədiyini bildiriblər: "Burda menyuya görə yox, adama görə pul alırlar. Elə ki gördülər, kənardan gəliblər və ya turistdir, ağızlarına gələn qiyməti oxuyurlar”. 
Onların sözlərinə görə, bu anormallığa görə restoranda bir neçə dəfə dava da düşüb.

Məsələ ilə bağlı BakuPost-un əməkdaşı restoranla əlaqə saxlayıb. Oradan bildirib ki, qiymətlər dəyişilib, ancaq menyuya hələlik yazılmayıb: "Qiymətlər bir-iki gündür dəyişilib. Lakin hələlik menyuya yazılmayıb. Biz tapşırmışıq ki, müştərilərə əvvəlcədən xəbərdarlıq edirlsin.  Əgər edilməyibə, ofisiantın günahıdır”. 

Qiymətlərin birdən–birə iki dəfə qalxmasının səbəbinə gəlincə belə deyilib: "Açıq havada qiymətlər başqa cür hesablanır. Həm də canlı musiqiyə görədir”.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb