Sumqayıtın yol polisləri qayda-qanun saymır– REAL VİDEO

SOSİAL
16:15 09.03.2016
4518
Səs siqnalı və sayrışan işıqdan istifadə etmədən qırmızı işıqdan keçib piyadalara təhlükə yaradırlar
Oxucular tərəfindən elektron ünvanına Sumqayıt şəhərində Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının kobud qayda pozuntularını əks etdirən iki video göndərilib. Vidolardan biri fevralın 26-da, saat 18:00 radələrində Sumqayıt şəhərindəki «Səməd» market deyilən yerdə qeydə alınıb. Videdan da göründüyü kimi, dövlət nömrə nişanı tam aydın görünməyən Yol-Patrul Xidməti avtomobili 3-cü zolaqdan sağa dönür. Bu zaman yolu keçən piyadalara təhlükə yaradan DYP avtomobili az qala piyadalardan birini vursun.
Bundan əlavə, videodan açıq-aydın görünür ki, həmin DYP avtomobili svetoforun qırmızı işığından keçir.
İkinci videoda isə 99-YP-163 dövldət nömrə nişanlı YPX avtomaşını svetoforun qırmızı işığında hərəkət edir. Bu hadisə fevralın 28-də Sumqayıtdakı «Sevgilim» hadlıq evinin yaxınlığında baş verib.Yol polisləri əvvəlcə svetoforda dayansalar da, sağdan gələn «VAZ-2107» markalı avtomobili saxlamaq üçün qırmızı işıqda hərəkət edirlər.
Qanunvericiliyə görə, operativ nəqliyyat vasitələri, konkret olaraq yol polisi əməkdaşları yol hərəkəti qaydalarını o zaman poza bilərlər ki, onlar xüsusi səs siqnallarından və sayrışan işıqlardan istifadə etsinlər. Bundan əlavə, onlar qayda pozarkən təhlükəsizlik qaydalarına əməl etməli və digər hərəkət iştirakçılarının onlara yol verdiyinə əmin olmalıdırlar. Lakin bu videolardan görünür ki, Sumqayıt şəhər DYP-nin əməkdaşları ya sayrışan işıqlardan və səs siqnallarından istifadə etməyi bilmirlər, ya unudublar, ya da qayda pozmağa adi hal kimi baxırlar…
///Avtosfer.az

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb