Süni intellekt diş həkimi robotu ilk dəfə insanlar üzərində sınaqdan keçirilib

DÜNYA
16:46 15.08.2024
135
Süni intellektlə dəstəklənən diş həkimi robotu ilk dəfə insanlar üzərində sınaqdan keçirilib. 

AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, süni intellektlə dəstəklənən robot diş həkimi ilk dəfə nəzarətsiz canlı insan üzərində cərrahiyyə əməliyyatı həyata keçirib və işi adi bir mütəxəssisdən 8 dəfə tez başa vurub.
 
ABŞ-ın "Perspective” şirkəti tərəfindən hazırlanmış robot tacın dəyişdirilməsini cəmi 15 dəqiqə ərzində uğurla həyata keçirib, bu da həkimdən 8 dəfə tezdir.

Proseduru həyata keçirmək üçün əvvəlcə 3D skanerlə xəstənin ağzının xəritəsi çəkilir, daha sonra süni intellekt vasitəsilə əməliyyat planlaşdırılaraq avtonom şəkildə həyata keçirilir.
 
Şirkət həmçinin bildirir ki, skan texnologiyası diş həkimlərinə diş problemlərini daha erkən və daha dəqiq diaqnoz etməyə imkan verəcək.
 
Aysel

OXŞAR XƏBƏRLƏR