1-2 İyun 2022-ci il tarixində Bakıda "Süni İntellekt əsrində Tibb Hüququ” adlı Beynəlxalq Tibb Hüququ konfransı baş tutacaq.
28
Dünya ölkələrinin təcrübəsində artıq kifayət qədər geniş təşəkkül tapmış, inkişaf etmiş "tibb hüququ” Azərbaycanın hüquq sistemində yeni yaranmış hüquq sahələrindən hesab olunur.
Sağlamlığın insan üçün önəmli faktor olmasını nəzərə alsaq, tibb hüququnun yaranması və ən əsası onun inkişaf etdirilməsi bütün insanlıq üçün hər zaman aktual məsələ olaraq qalmaqdadır.
Bu hüquq sahəsinin inkişaf etdirilməsini rəhbər tutan və vacib olduğunu nəzərə alan, "İNJURİA” Hüquq jurnalı və AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun birgə təşkilatçılığı ilə yenidən artıq offline formatda 1-2 iyun 2022-ci il tarixində "Süni İntellekt əsrində Tibb Hüququ” adlı Beynəlxalq Tibb Hüququ konfransı baş tutacaqdır.
Konfransda professor Aytən Mustafazadə, peşəkar vəkil Adəm Məmmədov, türkiyəli vəkil Sahra Tucel, Devrim Nur Kayabalı və s. kimi tanınmış peşəkarların spiker qismində iştirakı nəzərdə tutulmuşdur.
Qeyd edilən konfransda müxtəlif ölkələrdən dəvət olunmuş professorlar, vəkillər, tibbi müəssisə rəhbərləri, həkimlər, hüquqşünaslar spiker və dinləyici qismində iştirak edəcəklər.