Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir

Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
İQTİSADİYYAT
10:52 21.05.2025
622

Mobile World Congress 2025 sərgisində Samsung qarşısına qoyduğu məqsədləri reallığa çevirərək, yalnız yüksək texnologiyaları əlçatan etməklə kifayətlənməyib, həm də daha geniş kütləyə süni intellekti tanıtdı. Belə ki, şirkətin təqdim etdiyi yeni orta seqment smartfonları – Galaxy A56 5G, A36 5G və A26 5G – dizayn, güclü texniki göstəricilər və indiyə qədər yalnız premium flaqmanlarda mövcud olan "smart” funksiyaları özündə birləşdirir.

Dizayn - artıq sadəcə görünüş deyil

Yeni A seriyalı smartfonlar görünüş baxımından premium modellərlə maksimum dərəcədə yaxınlaşdırılıb: minimalist korpus, parlaq səthlər və axarı xətlər. A56 5G və A36 5G cəmi 7,4 mm qalınlığa və 200 qramdan az çəkiyə malikdir. Burada təqdim olunan rəng palitrası canlı, lakin zövqlüdür – Samsung bu cihazları bir neçə mövsüm vizual cəhətdən aktuallığını itirməyəcək şəkildə hazırlayıb.

 

 

 

Awesome Intelligence – hər kəs üçün yeni süni intellekt standartı

 

Yeni A seriyasının əsas özəlliyi — Awesome Intelligence adlanan süni intellekt alətlər toplusudur. Sözü gedən bu funksiyalar əvvəllər yalnız Galaxy S seriyasında mövcud idi:

 

 

·Circle to Search with Google – ekrandakı obyektin üzərinə basaraq və ya dairəvi hərəkət ilə ani axtarış;

·Object Eraser – fotoşəkillərdə arzuolunmaz obyektləri redaktə izləri olmadan silinməsi;

·Best Face – bir neçə kadrı birləşdirərək ideal qrup fotosu yaradır;

·AI əsaslı gecə rejimi – ön kamera indi tam funksiyalı gecə çəkiliş rejiminə malikdir.

 

Bu yeniliklər A seriyasını tələbələr, gənc mütəxəssislər və flaqman fünksiyalarına malik smartfona daha az ödəyərək, yüksək səviyyəli funksionallıq axtaran istifadəçilər üçün daha da cəlbedici edir.

Oyun və yaradıcılıq üçün kifayət edən yüksək performans

 

Texniki baxımdan Samsung etibarlılığa üstünlük verərək, yeni smartfonlarda gündəlik istifadə və orta-yüksək qrafikalı oyunlar üçün ideal olan, Exynos 1480(A56 5G) və Snapdragon 6 Gen 3 (A36 5G) prosessorlarından istifadə etmişdir. Burada, RAM həcmi 8 GB-a qədər artır, yaddaş isə microSD kartlarla genişlənir. 5000 mAh tutumlu batareya və 45 vatt sürətli şarj dəstəyi isə bu seqmentdə nadir rast gəlinən üstünlüklərdəndir.

 

Ekran və suya davamlılıq – artıq eksklüziv deyil

6,7 düymlük Super AMOLED ekran – bu qiymət aralığında 2025-ci il üçün maksimum göstəricilərdir. Suya və toza qarşı IP67 standartı ilə qorunma indi A26 5G modelində də mövcuddur. Bu, aktiv həyat tərzi olan və hər gün istifadə üçün dayanıqlı cihaz axtaranlar üçün mühüm üstünlükdür.

Sosial şəbəkə reallığına uyğun fotolar

Əsas kamera 50 MP, ultra-geniş bucaq modulu 12 MP (A56 5G), HDR dəstəkləyən ön kamera – bu əla fotoşəkillərin və videoların əldə edilməsi üçün mükəmməl triodur. Samsung təkcə meqapiksellərə deyil, həm də AI əsaslı şəkil emalına önəm verir, belə ki, gün batımı, konsert və ya klub selfiləri kimi çətin çəkiliş şəraitlərində belə, nəticələr yüksək keyfiyyətlidir.

Nəticə: A seriyası kölgədən çıxaraq, smartfon anlayışını tamamilə dəyişir

Samsung sübut edir ki, "orta seqment” artıq kompromis demək deyil. Galaxy A56 5G, A36 5G və A26 5G modelləri sadəcə balanslı funksiyalar deyil, həm də yeni keyfiyyət, təhlükəsizlik və intellektual imkanlar təqdim edir. Bu, bütövlükdə mobil sənaye üçün ciddi çağırışdır.

OXŞAR XƏBƏRLƏR