“Süni intellekt həyatımızın bir parçasına çevrilir” - Fərid Hüseynov

“Süni intellekt həyatımızın bir parçasına çevrilir” - Fərid Hüseynov
SOSİAL
22:48 03.06.2025
787
"Süni intellekt getdikcə daha çox sahəni işsiz qoyur – reklam çəkənlər, aktyorlar, rejissorlar, ssenaristlər, montajçılar, hətta bəzi musiqiçilər və fotoqraflar artıq süni intellektin "rəqibi” deyil, qurbanına çevrilir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında "Express Xəbərlər”in təsisçisi Fərid Hüseynov deyib.

O qeyd edib ki, süni intellekt artıq həyatımızın bir parçasına çevrilir: 

"İndi bir kliklə videonu çəkib, mahnını bəstələyib, ssenarini yazmaq olur. Bu isə həm böyük fürsətdir, həm də ciddi təhlükə. Əgər sənətkar tənbəllik edirsə, özünə yeni ideyalar tapmırsa – onun yerini süni intellekt tutacaq. Bu gerçəklikdir!

Təssüflər olsun ki, kainat elektronlaşır, süniləşir, canlıların sahələrini robotlar əvəzləyir. 

Əvəllər bu tip görüntülərə robotların həyatına filmlərdə baxırdıq və onları həyatımızda olacağını ciddiyə almırdıq. Amma artıq onlar həyatımızda olmaqla yanaşı, həyatımızın bir hissəsidir. Məncə dünyanı idarə edən qüvvələr həyəcan təbili çalmalıdır”.
OXŞAR XƏBƏRLƏR