Süni intellekt ilk dəfə smartfona inteqrasiya olunacaq

Süni intellekt ilk dəfə smartfona inteqrasiya olunacaq
MARAQLI
12:26 06.06.2023
273
Satışa çıxarılacaq Infinix markasının Note 30 seriyasında ChatGPT botunun Folax rəqəmsal köməkçisinə inteqrasiya ediləcəyi bildirilib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin artıq istifadədə olan Folax adlı rəqəmsal köməkçisi tezliklə ChatGPT dəstəyi ala bilər.

Məlumata görə, istifadəçilər mikrofon düyməsini basdıqda, Folax aktivləşəcək və ChatGPT əsaslı Bing axtarış sisteminin nəticələrinə çox oxşar nəticələr verəcək.
 
Infinix Note 30 seriyalı smartfonlar ölkəmiz də daxil olmaqla qısa müddət ərzində satışa çıxarılacaq.
 
Beləliklə, brend ChatGPT-ni telefonlarına inteqrasiya edən ilk smartfon istehsalçısı olacaq.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR