Süni intellekt insanları əvəz edə bilmir - ARAŞDIRMA

Süni intellekt insanları əvəz edə bilmir - ARAŞDIRMA
MARAQLI
15:46 23.10.2025
720
Təhsil və ticarət də daxil olmaqla bir çox sahədə tətbiq olunan süni intellekt son vaxtlar etdiyi səhvlərlə gündəmdədir. Bəzi işlərdə uğurlu nəticələr göstərsə də, insan bacarıqlarını tam əvəz edə bilmir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Orgvue” platformasının araşdırmasına görə, şirkətlərin 55 faizi süni intellekt səbəbindən işçilərini ixtisar etdiklərinə görə peşmandır.

Bu problemlə üzləşənlərdən biri də "Duolingo” olub. Şirkət "AI-first” strategiyası çərçivəsində bəzi əməkdaşlarını işdən çıxarıb. Lakin istifadəçilər süni intellektə həddindən artıq güvənmənin tətbiqin əyləncəli ruhunu zəiflətdiyini bildiriblər.

Tənqidlərdən sonra "Duolingo" bir müddət sosial mediada susqun qalıb. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR