Süni intellektin sürətlə mənimsənilməsinin əmək haqqını azalda biləcəyini, lakin bu günə qədər yüksək ixtisaslı insanlar üçün onları məhv etmək əvəzinə iş yerləri yaratdığı məlum olub.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankının (ECB) araşdırmasında məlumat dərc olunub.
Həmin araşdırmada süni intellektdəki son inkişafların yeni texnologiyaların məşğulluğa təsiri ilə bağlı müzakirələri yenidən alovlandırdığı ifadə edilib.
Hesabatda süni intellektin həm istehsalatda, həm də xidmətlərdə istifadə edildiyi vurğulanıb, tibbi məsləhətlərin verilməsindən kod yazılmasına qədər şirkətlərin süni intellektə sərmayələrinin artması ictimaiyyətdə iş yerlərinin gələcəyi ilə bağlı narahatlıqlara səbəb olub.
16 Avropa ölkəsində süni intellektlə dəstəklənən texnologiyalar və məşğulluq payları arasındakı əlaqənin araşdırıldığı hesabatda, süni intellektin istifadə edildiyi sektorlarda məşğulluq payının artdığı, aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi və yüksək ixtisaslı vəzifələrdə ən böyük artım qeyd edilib.
Hesabatda süni intellektin işçilərin əmək haqqına neytral və ya bir qədər mənfi təsirləri olduğuna və bu təsirlərin arta biləcəyinə diqqət çəkilir
Mikayıl