“Süni intellektin ifası maraqlı alınıb” - Gülağa trend olan mahnıdan danışdı

“Süni intellektin ifası maraqlı alınıb” - Gülağa trend olan mahnıdan danışdı
MAQAZİN
12:16 28.11.2025
712
Son günlərdə sosial mediada "Şeir dedim, qəzəl dedim, gəlmədin" adlı mahnı böyük səs-səda doğurub.
 
Daha sonra sözügedən ifanın süni intellektlə hazırlandığı məlum olub.
 
8 il öncə Gülağa Ağayev və Balabəy Ağayevin ifasında səslənən "Şeir dedim, qəzəl dedim, gəlmədin adlı meyxananın illər sonra viral olması meyxana janrına nostalji, eyni zamanda yeni dinləyici kontingenti, sevgi və maraq qazandırıb.
 
AZXEBER.COM-a açıqlama verən bəstənin yaradıcılarından meyxanaçı Gülağa Ağayev illər sonra gələn böyük uğurdan danışıb:
 
"Bu mahnını 8 il öncə, 2016-ci ildə Balabəy, Cavid və mən oxumuşuq. Artıq 3-cü dəfədir ki, bu mahnı trend olur. İlk dəfə özümüz oxuyanda maraqla qarşılandı, daha sonra müğənni Ülviyyə Namazova oxuyub, onda da trend oldu. Bəlkə də təzə mahnı olsa idi, icazə verməzdik. Biz heç bir müğənniyə mahnını pul ilə vermirik, hədiyyə edirik. Onlardan biri də Samir Piriyevin "Mələyim olarsan" mahnısıdır. Mahnılar köhnə olduğu üçün düşünürəm ki, daha çox maraq cəlb edir və ona görə sürətlə yayılaraq trend olur. Süni intellektin ifası da maraqlı alınıb. Yəqin ki, o meyxana deməyi bacarmayacaq (gülür.red).

O deyib ki, mahnını ifa etmək üçün bu gün də müğənnilər ona müraciət edir: 
 
"Ülviyyə xanım bu mahnını oxuyanda icazə almaq üçün Balabəyə zəng etmişdi, məndən olsa ona da icazə verməzdim. Mahnını bir yerdə yazdığımız üçün onun da haqqı var. Amma biz elə bilmişdik ki, o sadəcə popuridə nəqarətini oxuyacaq, sonra gördük ki, mahnını bütün oxuyub. Bir neçə gün öncə daha bir məşhur qadın müğənni də zəng etmişdi, adını demək istəmirəm. O da bu mahnını oxumaq üçün icazə istədi, mən razılaşmadım. Çünki artıq buna nə ehtiyac var? O sadəcə mahnının populyarlığından istifadə etməyə çalışırdı".
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR