Süni intellektlə bağlı daha bir addım: Artıq "Bild" qəzeti "ChatGPT" ilə işləyəcək

MARAQLI
09:56 21.06.2023
348
Avropanın ən çox satılan və populyar qəzeti olan Almaniyanın "Bild" qəzeti müxtəlif redaktor işlərini süni intellektlə əvəz edəcək.
 
AZXEBER.COM xəbər verir ki, qəzet tam rəqəmsal media şirkəti olacaq.

Qəzetin sahibi və Avropanın ən böyük media naşiri Axel Springer işçi heyətinə göndərdiyi elektron poçtda qəzetin "təəssüf ki, rəqəmsal dünyada süni intellekt və avtomatlaşdırılmış proseslərlə yerinə yetirilən vəzifələri olan həmkarları ilə yollarını ayıracağını", - söyləyib.
 
Alman Jurnalistlər Birliyi (DJV) Springerin planlarını tənqid edib.

Bildirilib ki, bu addım "işçilərə qarşı antisosial olmaqla yanaşı, həm də iqtisadi baxımdan son dərəcə axmaq bir addımdır”.

Springer süni intellekti seçən ilk xəbər nəşriyyatçısı deyil.
 
Qeyd edək ki, Springerdən əvvəl BuzzFeed bu il məzmunu "təkmilləşdirmək" üçün süni intellektdən istifadə etməyi hədəflədiyini deyib, İngiltərənin "Daily Mirror" və "Daily Express" qəzetləri də süni intellektdən istifadəni araşdırır.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR