Tibbin bir çox sahəsində istifadə edilən süni intellekt texnologiyasının qan xərçənglərinin diaqnozunda aktiv rol oynadığı təsdiqlənib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, beləliklə xərçəng hüceyrələrinin saniyələr ərzində aşkarlana bildiyi və fərdiləşdirilmiş müalicə planlarının çox asan və təsirli bir şəkildə edilə biləcəyi məlum olub.
Mütəxəssislər bu yolla diaqnostikanın daha tez olacağını və müalicəyə ən qısa zamanda başlanmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Həkimlər süni intellekt vasitəsilə diaqnostika və müalicə planlamasının asanlaşacağına, o cümlədən həkim və səhiyyə işçiləri üçün görüş təyin etmək, nəticələrin hesabatı sənədləşmə və inzibati məsuliyyətlər kimi sahələrdə daha sürətli kömək edəcəyinə əmin olduqlarını bildiriblər.
"Tibbdə əsas şey erkən müayinə və təcrübədir. Süni intellekt həkimə kömək edəcək" deyə mütəxəssislər bildirib.
Aysel