COVID-19-a yoluxan Əməkdar artist Yaqub Zurufçunun səhhəti ağır olaraq qalır.
AZXEBER.COM xəbər verir ki, bu haqda BAKU.WS-ə sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib.
"Hazırda səhhəti ağır olaraq qalır. Heç bir dəyişiklik yoxdur. Həkimlər əllərindən gələni etməyə çalışırlar. Tənəffüs aparatına qoşulu vəziyyətdədir”.
Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb.
Əməkdar artistin ağciyərlərində COVID-19-la bağlı ikitərəfli pnevmoniya meydana gəlib, ciyərlərində 80 faiz buzlu şüşə, hipoksemik tənəffüs çatışmazlığı yaranıb.