Mütəxəssislər yayılan super bakteriyalar üçün qorxulu xəbərdarlıq edib.
AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, onların sözlərinə görə bu bakteriyalardan 40 milyon insan ölə bilər.
"Günü-gündən dərinləşən super bakteriya böhranı 2050-ci ilə qədər daha da artacaq və təxminən 40 milyon insan öləcək. Çünki buna heç bir dərman kömək etməyəcək" deyə xarici mütəxəssislərin çıxışında qeyd olunub.
Onlarla ölkədən toplanan mikrobiologiya mütəxəssislərindən ibarət tədqiqat qrupu 204 ölkədə 30 illik xəstə qeydlərini araşdırıb. Yaşı 70-dən yuxarı olan xəstələrdə antibiotiklərə bağlı bakteriyalara görə ölümlərin 80 faiz artdığı müəyyən edilib. Araşdırmada qarşıdakı 25 il ərizndə antibiotiklərə davamlı infeksiyaların sayının 70 faiz artacağı vurğulanıb.
Aysel