Super Liqa: “Fənərbaxça” xal itirib

Super Liqa: “Fənərbaxça” xal itirib
İDMAN
23:39 01.03.2026
249
Türkiyə Super Liqasında XXIV tura yekun vurulub.

AXCEBER.COM xəbər verir ki, son gün lider "Qalatasaray"ın ən yaxın izləyicisi "Fənərbaxça" meydana çıxıb.

Komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, "Qalatasaray" 58 xalla liderliyini davam etdirir. Aktivində 54 xalı olan "Fənərbaxça" isə 2-ci sırada qərarlaşıb.
OXŞAR XƏBƏRLƏR