"Superkubok"dakı böhran Avropanı silkələdi: Tanınmış media qurumları bu hadisədən yazır

İDMAN
12:14 30.12.2023
298
Xəbər verdiyimiz kimi, ötən gün Səudiyyə Ərəbistanında "Fənərbağça” - "Qalatasaray” arasında keçiriləcək Superkubok matçı təxirə salınıb.
 
Buna səbəb ölkənin stadiona Atatürkün pankartına və formasına qadağa qoyması olub.
  
AZXEBER.COM xəbər verir ki, dünya mətbuatında yaranmış bu xoşagəlməz hal böyük səs-küyə səbəb olub.
 
Almaniyanın "Bild" qəzeti məsələylə bağlı "SuperKubok oynanılmayacaq. Buna səbəb isə səudiyyəlilərlə din və dəyərlərlə bağlı fikir ayrılığıdır". - deyə xəbər dərc edib.
     
Avstriyanın nüfuzlu media orqanlarından biri olan "Heute" də hadisəni manşetlərdə açıqlayıb. Xəbərdə "Səudiyyə Ərəbistanında Türkiyə Superkuboku derbisi ləğv edilib. Səudiyyəlilər Atatürkü ölkələrində qadağan ediblər”, - deyə yazıb.

Həmçinin İspaniyanın tanınmış idman saytları ESPN və Mundo Deportivo da məsələylə bağlı xəbər dərc edərək münasibə bildiriblər.

Qeyd edək ki, hər iki klub rəsmiləri bu böhranla əlaqədar görüş keçirib birgə qərar verəcəklər.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR