Supermarket rəhbərlərinin müraciətinin pərdəarxası - Qiymətlər niyə bahalaşır?

Supermarket rəhbərlərinin müraciətinin pərdəarxası -  Qiymətlər niyə bahalaşır?
SOSİAL
12:35 23.04.2016
2953
Dollar ucuzlaşırsa qiymətlər niyə bahalaşır və yaxud böyük ticarət şəbəkələrinin müraciətinin arxasında nələr dayanır?
“Supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə müraciəti, dövlət orqanlarının ona reaksiyası və bu ətrafda gedən müzakirələr göstərdi ki, sahibkarlar qarşılaşdığı çətinlikləri bilərəkdən, ya da bilməyərəkdən düzgün təqdim etmirlər”.
Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib. O, qeyd edib ki, onların müraciətində yer alan “əgər vergi güzəştləri verilməzsə qiymətləri qaldırmaq və işçiləri ixtisar etmək məcburiyyətində qalacaqlar” fikri də obyektiv deyil: “Çünki, qiymətlər kifayət qədər bahalaşıb, işçilər də mümkün qədər ixtisar olunub. Ola bilər ki, qiymətləri pərakəndə satışla məşğul olan mağazalar deyil, topdansatış şirkətləri bahalaşdırıb. Bu ayrıca araşdırma tələb edən vacib məsələdir. Amma məsələ burasındadır ki, adı müraciətdə yer alan supermaketlərin bəziləri həm də bir sıra məhsulların idxalı ilə də məşğul olur. Bu halda hesab etmirəm ki, vergi güzəştləri alan supermarket sahibləri qiymətləri ucuzlaşdırıb, işçiləri artıracaqlar. Çünki, böyük ticarət şəbəkələrinin ziyanla işləməsi yalnız vergilərin yüksək olması ilə əlaqədar deyil. Çox uzaq olmayan zamanlarda gömrükdə inhisarçılığın yığışdırılması və qeyri-rəsmi ödənişlərin azalması heç də qiymətlərin ucuzlaşmasını şərtləndirmədi, əksinə idxal qiymətləri daha da bahalaşdı. Eyni zamanda manatın ucuzlaşmasını əsas götürüb qiyməti bahalaşdıranlar, nədən manat bahalaşanda qiymətləri endimirlər?”
Q.İbadoğlu hesab edir ki, bu müraciətin arxasında başqa məqsədlər dayanır: “Əvvala hesab edirəm ki, böyük ticarət şəbəkələrinin birlikdə müraciəti həm də güc nümayişidir. Necə ola bilər ki, bir-birlərinə rəqib olanlar qısa zamanda birləşmək və mövqe ifadə etmək fikrinə düşdülər. Fikrimcə, supermarket sahiblərinin İqtisadiyyat Nazirliyinə birgə müraciətində əsas məqsəd həm dövlət orqanlarına, həm də istehlakçılara “biz qiymətləri bir daha bahalaşdırmaq məcburiyyətindəyik” mesajını çatdırmaqdır. Amma hesab edirəm ki, hətta onlar hər iki istəklərinə (həm vergi güzəştinə və həm də qiymət bahalaşmasına) nail olduğu halda da mövcud böhranlı vəziyyətdən çıxa bilməyəcək”.
Ekspertin fikrincə, indiki halda həm Mərkəzi Bankın buxovlayıcı monetar və həm də Maliyyə Nazirliyinin məhdudlaşdırıcı fiksal siyasəti nəticəsində alıcılıq qabliyyəti kəskin aşağı düşüb: “Ölçüsündən asılı olmadan bütün ticarət şəbəkələrinin əsas problemi budur. Bu problem də yalnış iqtisadi və sosial siyasətin nəticəsində yaranıb. Bu siyasət davamlı olarsa, o halda özünün dağıdıcı effekti ilə milli iqtisadiyyatı və xüsusilə də yerli biznesi daha açınacaqlı vəziyyətə sala bilər. Belə olan halda istehlakçılar nəinki qiymət bahalaşması, eyni zamanda istehlak malların keyfiyyətinin pisləşməsi və qıtlığının yaranması ilə də qarşılaşa bilərik. Ona görə də hesab edirəm ki, hökumət bu müraciəti diqqətə götürüb, vəziyyəti dərindən öyrənməli və bir-biri ilə əlaqələndirilmiş ciddi qərarlar qəbul etməlidir”.
Q.İbadoğlu vurğulayıb ki, qəbul edilən qərarların konseptual əsasları Azərbaycan Demokratiya və Rifah Hərəkatının "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi"ndə təqdim edilsə də, reallaşması ləngiyir: “Belə şəraitdə islahatların effekti həm də vaxt amilindən asıldır. Nə qədər yubansaq, bir o qədər də xərclərimiz artacaq və çox itirəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik