Süpürgəçilərin tətili Madridi zibilxanaya döndərdi - VİDEO

DÜNYA
15:52 08.11.2013
1094

Madriddə işdən çıxarılma və əmək haqlarının azaldılmasına etiraz edən süpürgəçilərin tətili artıq şəhərin turizm imicinə öz təsirini göstərib.

AZXEBER.COM Frans Press-ə istinadən xəbər verir ki, ictimai yerlərdə zibil urnaları aşıb daşır, hətta məşhur “Puerta del Sol” meydanı və şəhərin digər dini yerlərində zibil topalarına, siqaret kötüklərinə rast gəlmək olar.“Ayıbdır. Bu, Madriddi və o, zibil içindədir!”, - deyə yerli sakin şəhər meydanında yerdəki zibil yığınını göstərərək bildirib.Tətildə paketlərdə ev zibillərini daşıyan işçilər iştirak etmir və yəqin yalnız bunun sayəsindədir ki, şəhərdə səliqəsizlik son iki ildə İspaniyanın digər şəhərlərində keçirilən analoji tətillər zamanı qeydə alınan səviyyəyə gəlib çatmayıb.Madrid süpürgəçiləri çərşənbə axşamı iqtisadi böhrandan irəli gələn ixtisarlar və maaşların kəsilməsinə etiraz əlaməti olaraq tətilə başlayıblar. Şirkətlər avqust ayında 350 əməkdaşı işdən çıxarıblar. Onlar bildiriblər ki, ixtisarlar zərurətdən irəli gəlib, çünki şəhər meriyası ictimai xidmətlərə ayrılan xərclərin azaldılması səbəbindən şəhər küçələrinin yığışdırılmasına daha az vəsait ayırmaq məcburiyyətində qalıb.

OXŞAR XƏBƏRLƏR