Süpürgəçini maşın vuraraq öldürdü

Süpürgəçini maşın vuraraq öldürdü
SOSİAL
12:11 08.07.2024
345
Beyləqanda süpürgəçini maşın vuraraq öldürüb.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Beyləqan rayon mərkəzində qeydə alınıb.
 
Belə ki, 1992-ci ilə təvəllüdlü Rəşad Şükürov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yol kənarını təmizləyən rayon sakini, 1968-ci il təvəllüdlü Solmaz Təhməz qızı Həsənovanı vurub. Nəticədə S.Həsənova aldığı xəsarətdən hadisə yerində həyatını itirib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə qrupundan bildirilib ki, sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR